“Virtual məktəb” layihəsi çərçivəsində gənclərin peşəyə istiqamətləndirilməsi yönündə görüş təşkil olunub

“Virtual məktəb” layihəsi çərçivəsində gənclərin peşəyə istiqamətləndirilməsi yönündə görüş təşkil olunub “Virtual məktəb” layihəsi çərçivəsində "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil imkanları” mövzusunda onlayn tədbir keçirilib.
Tədbir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin peşəyönümü işlərinin planına uyğun olaraq, mərkəzin müəllim və pedaqoji-mühəndis heyətinin iştirakı ilə təşkil edilib. Məqsəd gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirmə işlərinin aparılması və peşə təhsilinin vacibliyinin aşılanmasıdır.
Görüşdə mərkəzdə tədris olunan avtomobil diaqnostikası və təmiri üzrə usta, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta, inşaat ustası, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru, elektronika ustası, torna və frezer dəzgahlarının operatoru və sənayedə quraşdırma işləri üzrə usta ixtisaslarının təqdimatı olub. Bu ixtisaslara qəbul qaydaları barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində 2019-2020-ci tədris ilini uğurla başa vurmuş Təhsil Mərkəzinin təqdimatı da keçirilib. Tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib, zəngin maddi-texniki baza imkanlar təqdim edilib, strukturda mövcud olan emalatxana və laboratoriya otaqlarına virtual turlar təşkil olunub.
Eyni zamanda, görüşdə işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Qeyd olunub ki, Mərkəzin əsas missiyası müasir tələblərə və qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlamaq və onları tərəfdaş şirkətlərdə iş imkanları ilə təmin etməkdir.
Görüşün sonunda ünvanlandırılan bütün suallar iştirakçılar tərəfindən cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər