Azərbaycanda koronavirusla əlaqədar aparılan testlərin sayı açıqlanıb

Azərbaycanda koronavirusla əlaqədar aparılan testlərin sayı açıqlanıb Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7102 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 529 min 875-ə çatıb.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8474-ə bərabərdir. Xəstələrdən 334 nəfəri reanimasiyadadır ki, onlardan da 60-ı süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyulun 7-də Azərbaycanda koronavirus infeksiyasına daha 537 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər