İnsanla heyvan arasında ünsiyyət quran cihaz

İnsanla heyvan arasında ünsiyyət quran cihaz Yaponiya alimləri insanların heyvanların düşüncələrini başa düşən elektron qurğular hazırlayır. Bu yaxınlarda, Yaponiyada, elm mövzusunda dərc edilən "Ağ Kitab" adlı kitabda, 2040-cı ilə qədər proqnozlaşdırılan, insanların ev heyvanları ilə necə danışacağını öyrədən materiallar təqdim edilib. Söhbət neyro kompyuter interfeysinin yaradılmasından gedir.
Bu aparat, beyinlə süni agıl maqnit-rezonanslı tomaqrafiya aparatı birəşdirərək, fikirlərin ötürülməsini, görmə və eşitmə qüsuru olan insanlarla rabitə əlaqələrini təmin edilməsinə kömək edəcək. "Danışa bilməyən insanlar üçün bir neçə cihazdan istifadə olunacaq. Məsələn, iflic xəstələrin beyninə elektrodlar yerləşdirilə bilər ki, bu da beyin fəaliyyətinin siqnallarını oxumağa və düşüncələri ifadə etmək üçün ekrandakı kursoru hərəkət etdirməyə imkan verəcək", - deyəq nazirlik rəsmisi izzah edib. Agentliyin bildirdiyinə görə, əlavə olaraq uzaqdan düşüncələr ötürmək mümkün olacaq. Hazırda heyvan düşüncələrinin başa düşülməsi sahəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər