Rusiya öz "Zoom"unu yaradır

Rusiya öz Rusiyada uzaqdan öyrənmə üçün yerli platformanı test etməyə başlayıblar. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, Moskva vilayətində və digər onlarca regionlarda məktəblilərin məsafədən təhsili üçün hazırlanmış yeni milli servisin sınaqdan keçirilməsinə qərar verilib. Bu barədə Rusiya Maarif Nazirliyindən bildirilib.
Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Rostelekom"la birgə həyata keçirilir.
Hazırlanmış platformaya audio və video rabitə üçün bir sıra xidmətlər daxildir. Nazirlikdə hesab edirlər ki, bu xidmətlər Zoom da daxil olmaqla, ən böyük xarici analoqlarla müqayisə edilə bilər. Yeni xidmətin rəsmi adı aprobasiyanın sonunda təqdim olunacaq. Hazırda, o, Roca (rus onlayn kommunikasiya köməkçisi) adı ilə tanınır.
Perspektivdə bu xidmət Rusiyanın inkişaf etdirdiyi "Mənim maarifim" təhsil platformasına daxil olacaq. Xidmətdə dövlət xidmətlərinin vahid portalının "Mənim təhsilim" bölməsindən istifadə etmək olar.
Hazırda portalda artıq məktəb cədvəli, regional elektron gündəliklər, jurnallar və təhsil məzmunlarına çıxış əldə etmək mümkündür. Bu xidmətlərin köməyi ilə müəllimlər interaktiv dərslər keçə , məktəblilər isə dərsləri canlı yayımda və qeydlərdə izləyə biləcəklər.
Maarif naziri Sergey Kravtsovun vurğuladığı kimi, distant təhsil ənənəvi sistemi əvəz etməyəcək. Bununla belə, uzaqdan təhsil platforması alternativ bir həll tələb edildiyi hallarda məqsədəuyğun ola bilər. Həmçinin belə məşğələlər məktəbə getməyən, proqramdan geri qalan uşaqlara kömək edəcək.
"Biz elə şərait təmin etməyə çalışırıq ki, hər bir məktəblinin keyfiyyətli proqramlar üzrə təhsil almaq və layiqli təhsil almaq imkanı olsun. Yeni sistem uşaqlara obyektiv səbəblərə görə, məsələn, hansısa xəstəlik ucbatından məktəbə gedə bilmədikləri zaman təhsillərini davam etməyə imkan verəcək", – deyə Maarif Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəhbəri Maqsut Şadayev aprelin 23-də məktəblərin videobağlantı sistemlərinin bazasında videokonfrans üçün platformanın hazırlandığını elan edib. Nazir aşağı təhlükəsizlik keyfiyyətinə görə son vaxtlar ekspertlər tərəfindən tənqid olunan Zoom proqramından videkonfransların keçirilməsi üçün istifadənin dayandırılmayacağını vəd edib. Məktəblər müstəqil olaraq hər hansı bir mövcud xidməti seçə bilərlər.
Daha əvvəl isə Sergey Kravtsov bildirib ki, Maarif Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə "Vkontakte" sosial şəbəkəsi əsasında məktəblər üçün Zoom-in yaradılmasını nəzərdə tutan "Rəqəmsal təhsil mühiti" adlı yeni bir layihə hazırlayır.
http://ug.ru/news/30639

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər