“Ermənilər səngərdə bizimlə üzbəüzdür, bunlar isə içimizdədir” - Video

“Ermənilər səngərdə bizimlə üzbəüzdür, bunlar isə içimizdədir” - Video Milli Məclisin sədr müavini Adil Əliyev Tovuzun Ağdam kəndində olub. Millət vəkili Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində həlak olan kənd sakini Əziz Əzizovun evinə baş çəkib, onun yaxınlarına başsağlığı verib.
Adil Əliyev əvvəlcə cəbhə kəndindəki vəziyyəti dəyərləndirib: "Bura gələndə də bilirdim ki, bu bölgənin camaatı qəhrəman, qorxmaz camaatdır. Ona görə də bura qürur hissi ilə gəlirdim. İstər yerli sakinlər, istərsə də burada xidmət edən hərbçilərimiz bir addım da geri çəkilmədilər. Təbii ki, biz hamımız üzgünük ki, şəhidlər vermişik. Müharibə şəhidsiz, itkisiz olmur. Ancaq biz bütün dünyaya sübut etdik güclü dövlətin vətəndaşlarıyıq".
Adil Əliyev daha sonra ötən gecə Bakıdakı yürüşdə baş verən xoşagəlməz hadisələrlə bağlı fikrini bölüşüb:
"Azərbaycan daxilindəki 5-ci kalona xidmət edən düşmənlərimiz olmasa, daha çox uğurlara imza atarıq. Dövlətimiz həmrəylik nümayiş etdirdi. İnsanlarımızın hissiyyatına hörmətlə yanaşdı və onların Azərbaycan ordusuna dəstək vermək üçün yürüşünə mane olmadı. İnsanlarımız dəstək yürüşünü həyata keçirdi. Bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz ordusunun arxasındadır. Ancaq əfsuslar olsun ki, o cür böyük bir yürüşdən insanlar tapıldı ki, təxribata əl atsınlar. Onları erməni kimi adlandırırıq. Çünki bilirik ki, ermənilər səngərdə bizimlə üzbəüzdür, bunlar isə bizim içimizdədir".

Tehsil-press.az

Oxşar xəbərlər