Virus əleyhinə bəzi dərmanların evdə istifadəsi məsləhət görülmür - RƏSMİ

Virus əleyhinə bəzi dərmanların evdə istifadəsi məsləhət görülmür - RƏSMİ Virus əleyhinə antibakterial dərmanların ev şəraitində istifadəsi məsləhət görülmür.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, bu müalicə xəstəxanada aparılmalıdır: "Vətəndaşlardan xahiş olunr ki, ev şəraitində özbaşına müalicə olunmasınlar. Bu, təhlükəli ola bilər".
Apteklərdə dərman preparatlarının bahalaşması və qıtlığına Səhiyyə Nazirliyi cavabdeh deyil: "Apteklər biznes obyektdir və Səhiyyə Nazirliyi apteklərə yalnız tövsiyələr edə bilər. Bu tövsiyələr də mütəmadi edilir. Mən özüm bəzi apteklərdə araşdırmalar aparmışam və virus əleyhinə dərman preparatları, eləcə də vitaminlərin qıtlığına rast gəlməmişəm".

Tehsil-press.az

Oxşar xəbərlər