İranda "naməlum virus" var?

İranda İranın cənub-qərbində yerləşən Çahar-Mahal və Bəxtiyari vilayətinin Çinar Mahmudi kəndində naməlum virus yayılıb.
Vilayətin Səhiyyə və Müalicə Mərkəzinin direktoru Raşid Cəzayeri də məsələnin araşdırıldığını bildirib.
Məlumata görə, təxminən 10 nəfər həmin virusa yoluxub. Qeyd edilir ki, təxminən 2 ay öncə kəndin bəzi sakinləri diabet analizi veriblər. Onların bəzisində HIV virusunun olması şübhəsi yaranıb.
Parlamentin səhiyyə və müalicə komitəsinin sədr əvəzi Murtaza Xatəmi virusun HİV olduğunu təsdiqləyib.

Tehsil-press.az

Oxşar xəbərlər