Azərbaycanda 1200 iranlı tələbə müxtəlif ali məktəblərdə təhsil alır.
Bu sözləri İranın Azərbaycan Respublikasına təyin olunan yeni səfiri Abbas Müsəvi deyib. O, ölkəsinin Elm, Tədqiqat və Texnologiya naziri Mənsur Qulami ilə görüşündə dövlətlər arasında elm və təhsil sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələsini müzakirə edib.
Qeyd olunub ki, ortaq dilə, dinə, tarixə və milli-mənəvi dəyərlərə malik olan İran və Azərbaycan xalqları böyük elmi potensiala malikdirlər. Qarşılıqlı elmi simpozium və konfransların keçirilməsi elm adamları ilə yanaşı, xalqların da bir-birini yaxından tanımasına şərait yaradar. Elm sahəsində təcrübə mübadiləsi digər sahələrdəki əməkdaşlıq əlaqələrinin səmərəsini artırar. Mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi da əhəmiyyətlidir. İran qonşu və dost dövlətlər ilə mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Nəzərə çatdırılıb ki, Azərbaycanın ali təhsil müəssisələrində fars dili və ədəbiyyatının tədrisinin səmərəsini artırmaq üçün İran hər zaman kömək etməyə hazırdır.
Qeyd edək ki, iyulun 3-də Seyid Abbas Müsəvi İranın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub. O, 2019-cu ilin aprelindən indiyədək İran Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsində çalışıb. Daha əvvəl isə İranın Honqkonqda baş konsulu və Hollandiyadakı səfirliyində iqtisadi məsələlər üzrə attaşesi olub.
Tehsil-press.az