Yaponiyada burunda koronavirusa qarşı anticismlərin yaranmasına təsir edən peyvəndin hazırlanmasına başlanılıb

Yaponiyada burunda koronavirusa qarşı anticismlərin yaranmasına təsir edən peyvəndin hazırlanmasına başlanılıb Yapon mütəxəssislər burunun arxa nahiyəsində koronavirusa qarşı anticismlərin yaranmasına təsir edən peyvəndin hazırlanmasına başlayıblar.
Bu istiqamətdə tədqiqatlar Tokionun Kitasato Universitetində keçirilir. Həmin peyvəndin xəstələrə burun vasitəsilə yeridiləcəyi bildirilir. Bu peyvəndin əsas xüsusiyyəti onun iynəvari mikroskopik molekullardan ibarət olmasıdır. Nəfəsalma zamanı selikli qişaya daxil olan həmin molekullar immun sisteminin reaksiyasına səbəb olur. Bunun nəticəsində əmələ gələn anticisim insan orqanizminə əsasən burun vasitəsilə daxil olan virusun qarşısını alır.
Tədqiqat qrupunun rəhbəri Kazuhiko Katayama bildirib ki, bu yolla peyvənd aparılması qan vasitəsilə peyvənddən daha böyük səmərə verə bilər.
Universitet alimlərinin tezliklə peyvəndin heyvanlar üzərində sınaqlarına başlayacağı bildirilir.
Qeyd edək ki, Yaponiyada koronavirusa qarşı peyvəndin hazırlanması ilə “AnGes Inc” farmasevtik şirkəti də məşğuldur. Bu şirkətin nuklein turşuları əsasında DNT peyvəndi yaratdığı bildirilir. Həmin peyvəndin insanlar üzərində sınaqlarına iyunun sonlarından başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər