Ermənistanda koronavirusla bağlı həqiqətlər ictimaiyyətdən gizlədilir

Ermənistanda koronavirusla bağlı həqiqətlər ictimaiyyətdən gizlədilir Ermənistanda koronavirusla bağlı vəziyyət daha da pisləşib. Hökumət isə əsl həqiqətləri xalqdan və dünya ictimaiyyətindən gizlədir.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumatlarda bildirilir ki, Ermənistanda koronavirusa yoluxanların faktiki sayı 100 minə yaxındır.
Pandemiyanın qurbanlarının sayı da göstərilənlərdən daha çoxdur. Son bir həftə ərzində hər gün ən azı 150-200 koronavirus xəstəsi ölüb. Hökumət isə ciddi cəhdlə məlumatları ya gizlədir, ya da ölüm səbəblərini başqa xəstəliklərlə əlaqələndirməklə ictimaiyyəti aldadır.
Mətbuat yazır: “İyulun 20-də 9 nəfərin koronavirusdan, 209 nəfər COVID-19 xəstəsinin isə başqa səbəbdən, iyulun 21-də 12 nəfərin koronavirusdan, 200 nəfərin başqa səbəblərdən, 22-də 16 nəfərin pandemiyadan, 217 nəfər koronavirus xəstəsinin isə başqa xəstəliklərdən, iyulun 23-də isə 10 nəfərin koronavirusdan, daha 217 nəfər xəstənin isə başqa səbəblərdən öldüyü bildirilir. Göründüyü kimi ümumi ölənlərin sayı min nəfərə çatıb. Hökumət isə yalnız 47 nəfərin məhz pandemiyanın qurbanı olduğunu göstərir”.
Məlumatlarda, həmçinin qeyd olunur ki, Ermənistanda yoluxma halları da gizlədilir və əhali arasında koronavirusa yoluxanların sayı 100 minə yaxındır.
Hətta hökumət üzvləri, nazirlərin valideynləri belə koronavirusa yoluxur. Lakin bütün bunlar ictimaiyyətdən gizlədilir.
Bildirilir ki, tibb müəssisələrində də koronavirusa yoluxanların və pandemiya qurbanı olan həkimlərin sayı da gizlədilir. Yerevanın “Surb Qriqor Lusaroviç” tibb mərkəzin intensiv terapiya şöbəsində həkimlərin çoxunda koronavirus aşkar edilib. Mərkəzin tibb işçisi Armin Ovannisyan koronavirusdan ölüb.
Ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan faktı təsdiqləyib.
Ermənistanın səhiyyə naziri Arsen Torosyanın valideynləri də COVID-19-a yoluxub. Bu barədə “ArmLur.am” saytını məlumatlandıran mənbə bildirib ki, nazirin valideynləri “Surb Qriqor Lusaroviç” tibb mərkəzinə yerləşdiriliblər.
Lakin nazirlik sözçüsü xəbərlə bağlı hər hansı açıqlama verməyib.
Mətbuat yazır ki, Ermənistanda belə faktlar həddindən çoxdur. Lakin hökumət bu faktları gizlətməkdə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər