UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə pul mükafatı qazanıblar

UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə pul mükafatı qazanıblar UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə mükafatlandırılıblar.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Dünya iqtisadiyyatı” ixtisasının IV kurs tələbələri olan Nigar Bəkirova, Mehin Əmiraslanova və Nərmin Eynizadənin həmmüəllifləri olduqları “Determinants of housing prices in Baku: empirical analyses” (Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz) adlı məqalə “Scopus” bazasına daxil olan Q2 kateqoriyalı “International Journal of Housing Markets and Analysis” jurnalında dərc olunub. Nəşr olunan tədqiqat işi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru, “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi Xətai Alıyevin rəhbərliyi və həmmüəllifliyi ilə yerinə yetirilib.
UNEC-in magistr və tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə təsdiqlənən “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması haqqında Qaydalar”a uyğun olaraq, hər üç tələbə 375 manat məbləğində mükafatı pul qazanıb.
Qeyd edək ki, UNEC-in Elmi Şurasının qərarı ilə təsdiq edilən “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması haqqında Qaydalar”ına və həmin Qaydaların UNEC-in bakalavr, magistr və doktorantlarına da aid edilməsi barədə Elmi Şuranın qərarına əsasən, impact dərəcəsindən asılı olaraq nüfuzlu jurnallarda çap olunan hər bir məqaləyə görə UNEC-in bakalavr və magistrləri 4000 manatadək mükafat əldə edə bilirlər.

UNEC-in Mətbuat Xidməti


UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə pul mükafatı qazanıblar

UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə pul mükafatı qazanıblar

Oxşar xəbərlər