“Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” mövzusunda konfransa tezis qəbulu davam edir

“Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” mövzusunda konfransa tezis qəbulu davam edir AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” respublika elmi konfransına tezis qəbulunu davam etdirir.
Ölkədəki mövcud sanitar-epidemioloji vəziyyət və elmi ictimaiyyətin istəkləri nəzərə alınaraq konfransa tezis qəbulunun vaxtı bu ayın sonunadək uzadılıb. Konfransda iştirak etmək istəyənlər tezislərini [email protected] elektron ünvanına göndərməlidir.
Konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçiriləcək.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir. Konfransın keçirilməsinin dəqiq tarixi karantin rejimindən asılı olaraq müəyyənləşdiriləcək və bu barədə əlavə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər