Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda 2020-ci ilin birinci yarısına dair onlayn hesabat iclası keçirilib.
İclasda elmi müəssisənin əməkdaşları pandemiya dövrü də daxil olmaqla yarımillik fəaliyyətləri ilə bağlı hesabatlarını rəhbərliyə təqdim ediblər.
Bildirilib ki, karantin səbəbindən verilmiş məzuniyyət dövründə tədqiqat işlərini ev şəraitində davam etdirən əməkdaşlar müxtəlif mövzularda kitab və məqalələrin hazırlanması ilə yanaşı, onlayn seminar və konfranslara da qatılıblar. Bu müddət ərzində institut alimlərinin məqalələri yerli və xarici impakt faktorlu jurnallarda dərc edilib.
Tədbirdə əməkdaşlar tərəfindən ayrı-ayrı mövzularda aparılan tədqiqat işləri, o cümlədən hazırlanıb çapa təqdim olunacaq kitabların məzmunu müzakirə edilib. Qeyd olunub ki, Elm Tarixi İnstitutunun iyunun 18-də böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr etdiyi onlayn elmi konfransın materialları da toplanaraq çapa təqdim ediləcək.
Həmçinin oktyabr ayında elmşünaslıqla bağlı keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi seminarın, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan elmi konfransın hazırlıq işləri müzakirə olunub. İnstitut əməkdaşları bu istiqamətdə topladıqları materiallar və hazırladıqları elmi məqalələrin ümumi məzmunu haqqında məlumat veriblər.
Tədbirin sonunda institutun qarşıdakı 6 ayda görəcəyi işlərin planı qəbul edilib.
Tehsil-press.az