Dünyanın əksər ali məktəblərində olduğu kimi Bakı Dövlət Universitetində (BDU) də keçirilən yaz semestrinin yay imtahan sessiyası artıq işini yekunlaşdırıb. Bu dəfə keçirilən imtahanların özəlliyi təkcə şifahi və onlayn formada keçirilməsi ilə deyil, eyni zamanda imtahana nəzarət prosesi ilə yadda qaldı. İmtahanlara nəzarət rektor, prorektorlar, dekanlar, kafedra müdirləri və yeni yaradılan Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən həyata keçirildi.
BDU-da tələbələri onlayn tədris prosesində fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə yaradılan Tələbə Nəzarət Qrupuna (TNQ) Universitetin tələbə təşkilatlarının - Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir. BDU-da imtahan sessiyasının yekunu, tələbələrin imtahanlar haqqında təəssüratları, qiymətləndirmə prosesi və s. haqqında öz münasibətlərini, fikir və mülahizələrini bildirmək məqsədilə TNQ üzvü olan tələbələrimizlə onlayn söhbət etdik. Qrup üzvləri xüsusi qeyd etdilər ki, tələbələrin biliyinin qiymətləndirilməsi prosesində onların iştirakının təmin edilməsi Universitet rəhbərliyi tərəfindən onlara göstərilən etimad, diqqət, qayğının nəticəsidir.
Jurnalistika fakültəsinin III kurs tələbəsi Rəşad İmanov: COVİD-19 pandemiyası hər bir sahəyə olduğu kimi, təhsil sahəsinə də öz təsirini göstərdi. Həm Tələbə Nəzarət Qrupunun üzvü, həm də bir tələbə olaraq deyə bilərəm ki, onlayn imtahan sessiyası bizlərə çox darıxdığımız müəllimlərimizi, tələbə yoldaşlarımızı, virtual şəkildə olsa da, görmək imkanı yaratdı. Bu mehriban imtahan abu-havasından ruhlanan tələbələr güzəştlərdən səmərəli istifadə edərək olduqca yaxşı nəticələr göstərdilər.
Mənim üçün imtahanların gedişində rastlaşdığım ən maraqlı anlar şübhəsiz ki, təsadüfən fərqli fakültələrdə təhsil alan dostlarımın, sinif yoldaşlarımın imtahanında iştirak etmək idi. Digər bir məqam isə tələbə yoldaşlarımın imtahana hazırlıq səviyyəsi idi. Heç bir tələbə minimal bal almaq istəmir və bunun üçün əlindən gələni edirdi. Təbii ki, burda tələbələrlə yanaşı müəllimlərimizi də vurğulamalıyıq. İmtahan sessiyası ərzində sıx şəkildə müəllim-tələbə birliyi özünü göstərdi. Müəllimlər güzəştləri ilə humanistliyini və tələbələrə qarşı olan sevgisini göstərərkən obyektivlik prinsipini də özlərinə əsas götürdülər. Bu qrupun üzvü olaraq deyə bilərəm ki, hər sahədə fərqliliyini qoruyan Bakı Dövlət Universiteti, bu sahədə də özünü müsbət mənada göstərdi. Universitet kollektivinə, professor-müəllim heyətinə dərin minnətdarlığımı bildirirəm.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mirməhəmməd Hüseynov: Hər bir tələbə fərqli düşünür və fərqlilik adətən, yenilik gətirir, elə bu səbəndən də bizim universitetimizdə pandemiya dövründə imtahanların yüksək şəkildə həyata keçirilməsi gözlənilən bir hadisə idi. Lakin bununla da kifayətlənməyən universitetimizin rəhbərliyi onlayn mühazirələrə tələbələrin cəlb olunması, imtahan gedişinin hərtərəfli nəzarətdə saxlanılması və tələbələrin hər bir an öz müraciətlərini edə bilməsi üçün Tələbə Nəzarət Qrupunun yaradılmasına qərar verdi. Mən də bu komandanın üzvü olaraq düşünürdüm ki, daha çox tələbələrin müraciətləri olacaq, lakin tam əksinə yalnız təşəkkür və razılıq dolu mesajlar qəbul etdik. Düzdür, bizim üçün də çox maraqlı oldu. Nəzarət qrupunun üzvü olaraq, bəzən müəllimlər bizi də imtahan verən tələbə hesab edib bizdən də imtahan götürmək istəyir, bəzən isə müəllimlər öz texniki problemlərini bizə bildirirdilər. Bəzi tələbələr isə məni təəccübləndirirdilər, tələbələrin yüksək bal alması həqiqətən məndə sevincə səbəb olurdu. Hətta yüksək təqaüd iddia edən tələbə yoldaşlarımız da o yolda uğurla addımladılar. Sözsüz ki, biz bütün Universitetin müəllimlərini tanımırıq, amma bu sessiyada müəllimlərin əksəriyyəti humanizm prinsipini əsas götürərək tələbələri qiymətləndirdilər. Hər bir işin həyatımıza təsiri olduğu kimi, Tələbə Nəzarət Qrupunun da üzvü olmaq, bizim gələcək fəaliyyətimizin sanki bünövrəsini, əsasını təşkil etdi. Üzv olduğum qrupun mənim üçün ən üstün cəhəti, təcrübəmin daha da artması və gələcək fəaliyyətlərim üçün faydalı olmasıdır. İctimai fəalliyyətimdə də yeniliklər oldu, artıq nəinki aktiv tələbələrlə, bütün tələbələrlə ünsiyyətdə oldum və yeni düşüncəli insanlarla tanış oldum.
Hüquq fakültəsinin III kurs tələbəsi Firavan Əlizadə: BDU Tələbə Nəzarət Qrupuna Universitetin tələbə təşkilatlarının - THİK, TGT, TEC və BDU Könüllüləri qrupunun nümayəndələrinin daxil olması bu təşkilatların birlikdə və daha səmərəli fəaliyyət göstərərək imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsinə əlverişli zəmin yaratdı. Sevindirici haldır ki, mənə etimad göstərilərək Tələbə Nəzarət Qrupunun üzvü olmaq qüruru bəxş edildi. Qrupun üzvü olaraq müşahidələrim zamanı görürdüm ki, tələbələr başda onlayn imtahana prosesinə soyuq və narahat yanaşsalar da, imtahan gedişində bu münasibət dəyişirdi. Müəllimlərin pandemiya dövrünü nəzərə alaraq müvafiq güzəştlər etməsi, səmimi, qayğıkeş münasibəti və eyni zamanda hər hansı bir problemdə fakültə və Universitet rəhbərliyinin operativ reaksiya verməsi tələbələr tərəfindən xoş qarşılanırdı, onlar sərbəst şəkildə suallara cavab verərərk yüksək nəticələr qazanırdılar. Mən özüm imtahan sessiyasını ortalama 100 balla bitirdim. Belə yüksək nəticələrin əldə olunmasında bizə hər cür şərait yaratdığı üçün Universitet və fakültə rəhbərliyinə, daima biz tələbələrin yanında olaraq dəstək olan professor-müəllim heyətinə öz dərin minnətdarlığımı bildirirəm!
Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Nərmin Heydərova: Pandemiya dövrünə qədər BDU-da distatnt təhsil bazası yox idi, amma aprel ayından qısa müddətdə əlverişli və rahat onlayn sistem quruldu. Tələbə Nəzarət Qrupunun üzvü olaraq bir çox imtahanda iştirak etdim və fərqli fakültələrin müəllimlərinin imtahan gedişatında güzəştlər etdiklərinə şahid oldum. Tələbələr imtahana 50 balla girdikləri üçün 40+ qiymətlər alaraq əlaçı və ya zərbəçi olaraq sessiyanı başa vurdular. Tələbələr əsasən giriş balının yüksək olması fürsətindən istifadə edərək əvvəl hazırlaşdıqlarından daha yaxşı hazırlaşmışdılar. Ümumilikdə Tələbə Nəzarət Qrupunda iştirakımızın Universitetdə olan ictimai fəaliyyətimizə əvəzsiz qatqı verdiyini deyə bilərəm.
Kimya fakültəsinin IV kurs tələbəsi Emin Qulusoy: Pandemiyanın davam etdiyi şəraitdə sessiyanı necə başa vuracam, imtahanlar necə təşkil olunacaq deyə düşünürdüm. Görəsən bizlərə güzəşt olunacaqmı? Olunacaqsa da nələrdən ibarət olacaq? - sualları ilə qarşı-qarşıya qalmışdım. Amma Universitetimizin bu yöndə verdiyiı tələbəyönümlü qərarlar, həqiqətən də, bu sualları bir kənara qoyub imtahanlara adaptasiya olmağımıza köməklik göstərdi. Bu imtahan sessiyasında rektorumuz Elçin Babayevin təşşəbbüsü ilə Tələbə Nəzarət Qrupu yaradıldı. Qrupun üzvlərindən biri seçildim. Mütəmadi olaraq imtahan günləri təsadüfi qruplara imtahanlara əlavə olunur, imtahan prosesini izləyirdik. Bu həqiqətən də bizim üçün yeni və böyük bir təcrübə idi. Sevindirici haldır ki, tələbələrimiz edilən güzəştlərin mahiyyətini anladı və öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı. Ümumi olaraq tələbələrin imtahana hazırlığını bir tələbə gözü qiymətləndirsəm, bu hazırlığın yüksək və keyfiyyətli olduğuna zəmanət verə bilərəm. Müəllimlərimiz də bizim bu şəraitdə imtahana hazırlıqlarımızı yüksək səviyyədə dəyərləndirir, obyektiv şəkildə qiymətləndirirdilər. Ümumi olaraq müəllimlərlə imtahan başlamamış edilən xoş dialoqlar tələbələri imtahana yüksək ruhla başlamağa sövq edirdi. Bir Tələbə Nəzarət Qrupu üzvü olaraq bu formada prosesə cəlb olunduğum üçün qürur duyuram. Bu bizim üçün fərqli, məsuliyyətli və böyük bir təcrübə idi. Bu bizim müşahidə, ədaləti qərar, qiymətləndirmənin optimallığı və s. kimi özəlliklərimizin inkişafında böyük bir rol oynadı.
Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Cəfər Gözəlov: Tələbə Nəzarət Qrupunun üzvü olaraq bu semestrdə təşkil olunan onlayn imtahanlarda iştirak etdim. Öncədən tələbələrə verilən maksimal giriş balından əlavə imtahan prosesində edilən güzəştlər tələbələrimizə əlverişli şərait yaratdı. Öz imtahanlarımı da problemsiz, yaxşı qiymətlərlə başa vurdum. İmtahan gedişində kimliyindən asılı olmayaraq hər bir tələbəyə, demək olar ki, istədiyi qədər güzəşt olundu. Əlbəttə, hər bir tələbə mükəmməl qiymət almağa nail ola bilməz. Amma ortalaması aşağı olan tələbələr də bu imtahan dövründə fikrimcə istədikləri nəticəni əldə etdilər. Bəzi tələbələr problem olduğu halda birbaşa bizə müraciət edirdilər. Necə deyərlər, tələbənin dilindən ən yaxşı tələbə anlayar. Nəzarət Qrupu Universitetdə olan ictimai fəaliyyətimizə əvəzsiz rəng qatdı.
Fizika fakültəsinin IV kurs tələbəsi Aynurə Salmanlı: Pandemiya səbəbilə təhsil sahəsində ənənəvi təhsil dayandırıldı və bir sıra ali, orta və digər məktəblərdə olduğu kimi Bakı Dövlət Universiteti də onlayn tədrisə keçdi. Tələbələrin buna hazırlıqsız olmasına baxmayaraq, Universitet rəhbərliyinin atdığı qətiyyətli addımlar tələbələrə müsbət motivasiya oldu. Belə ki, pandemiya dövrü başlayandan bir müddət sonra BDU “Microsoft Teams” platfotması üzərindən dərslərin təşkilini təmin etdi. İntensiv şəkildə seminarlar, mühazirələr təşkil olundu və tələbələrin sualları cavablandırıldı. İmtahanlar onlayn olaraq şifahi formada təşkil olundu. İmtahanların gedişinə Universitet rəhbərliyi, eləcə də rektorun təşəbbüsü ilə yaradılmış Tələbə Nəzarət Qrupu nəzarət etdi, şəffaflıq maksimum dərəcədə qorundu. Yaranan hər bir problemə Tələbə Nəzarət Qrupunun üzvləri də aydınlıq gətirdilər. İmtahanların gedişində diqqət cəlb edən məqam bundan ibarət idi ki, tələbələr sanki ilk dəfə bu formada imtahan vermirlər. Tələbələr imtahanlara əvvəlki qaydada, yəni ciddi şəkildə hazırlaşmışdılar. Müəllimlərin qiymətləndirməsinə gəldikdə isə hər bir tələbənin bilik səviyyəsinə uyğun qiymətləndirir, tələbələri sıxmır onların rahat, sərbəst olmaları üçün maksimum şərait yaradırdılar. Tələbə Nəzarət Qrupunun bir üzvü olaraq onu qeyd etmək istəyirəm ki, əldə etdiyim təcrübə gələcəkdə hər hansısa bir sahədə ixtisaslaşmış kadr olmağıma yardımçı olacaq. Yaranan problemlərə anında müdaxilə, problemlərə obyektiv yanaşma və bir sıra bunun kimi təcrübələrə yiyənləndim.
Bakı Dövlət Universitetinin rəhbərliyinə, müəllim və professor heyətinə tələbələrin yanında olduqları üçün öz dərin minnətdarlığımı bildiririrəm.
Fizika fakültəsinin IV kurs tələbəsi Sevinc Qənbərova: Tələbə Nəzarət Qrupunun üzvü olmaq Universitetdəki ictimai fəaliyyətimdə çox faydalı təcrübə oldu. İstər problemin həlli bacarığı, istər tələbələrlə yaxından ünsiyyət qurmaq bacarığımın inkişaf etməsinin gələcək karyeramda faydasını gösətərəcəyinə inanıram.
Rektorumuzun təşəbbüsü ilə yaradılan Tələbə Nəzarət Qrupu bütün imtahanlarda iştirak edərək imtahanların gedişinə nəzarət edib, tələbələrin narazılıqlarına səbəb olan problemlərlə maraqlanıb rəhbərliyin yardımı ilə həllinə kömək etdi. Tələbələri narahat edən bəzi hallar aradan qaldırıldı. Mən də TNQ-nun üzvü olaraq öz öhdəmə düşən işi yerinə yetirməyə çalışdım. İmtahanlar şəffaf, ədalətli və tələbəyönümlü şəkildə başa çatdı. İlk dəfə virtual və şifahi imtahan verəcəyimiz üçün mən də daxil olmaqla bütün tələbələrdə həyəcan, bir az da qorxu var idi. Amma Universitet rəhbərliyinin tələbəyönümlü qərarları ilə tələbələrin rahat və sadə şəkildə imtahan verməsi üçün yaradılmış şəraiti gördükdən sonra bu həyəcan və qorxu anında yox oldu. Tələbələrin öz biliklərini nümayiş etdirməsi üçün hər cür rahat mühit yaratması da təqdirəlayiq hal idi. Bakı Dövlət Universitetinin tələbəsi olaraq rektorumuza və müəllimlərimizə bizə bu çətin və stresli dövrdə dəstək olub, təhsilimizin geri qalmaması və imtahanları müvəffəqiyyətlə verib, yeni kursa keçməyimizə yaratdıqları şərait üçün təşəkkürümü bildirirəm.
Tehsil-press.az