COVID-19 pandemiyası səbəbilə bütün dünyada, eləcə də ölkəmizdə təhsildə, tədrisin təşkilində kəskin yeniliklər baş verdi. İnnovasiyaların dinamik surəti tədris müəssisələrini yeni texnologiyaların təlim prosesinə tətbiqi ilə bağlı qətiyyətli addımlar atmağa vadar etdi. Azərbaycan təhsili tarixində ilk dəfə baş tutan onlayn təlim-tədris prosesi və imtahan sessiyasının reallaşmasına Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim kollektivi, texniki heyəti, hətta tələbələri də böyük təəsübkeşlik hissi ilə öz töhfəsini verdi. Nəticədə tədrisin məsafədən - onlayn təşkilinin önəmli cəhətləri, müasir təlim texnologiyaları, tələbələrdə onlayn tədrislə bağlı bacarıq və vərdişlərin formalaşdırılması, interaktiv metodların tədris prosesinə tətbiq edilməsi kimi yeni təcrübələr qazanılmış oldu.
BDU-da 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatdı. İmtahan həyəcanı, yuxusuz gecələr artıq geridə qaldı.
Ø BDU-da bakalavriat səviyyəsinin I-III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar yaz imtahan sessiya müddətində onlayn qaydada şifahi formada imtahan verdilər.
Ø Yaz semestrinin imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi ilə bağlı universitet rəhbərliyi tələbələrin xeyrinə qaydalar müəyyənləşdirdi. Hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları azaldılaraq sadələşdirildi, tələbələrin imtahana giriş balı 50 (əlli) bal müəyyən edildi.
Ø Əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq imtahan prosesi ikinövbəli formada təşkil olundu.
Ø Akademik heyət tərəfindən “Microsoft Teams” platformas üzərindən keçirilən onlayn dərslər və BDU-nun Youtube kanalı vasitəsilə təqdim olunan videodərslər də tələbələrimizin müvafiq fənlər üzrə zəruri bilikləri əldə etməklə imtahanları uğurla verməsinə zəmin yaratdı.
Ø Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin onlayn platformadan düzgün istifadə etməsinə kömək məqsədilə məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu gücləndirilmiş iş rejimində fəaliyyət göstərdi.
Ø Məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15820 (14543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü SABAH qrupları olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahan verdi.
Ø Magistratura səviyyəsində I kursda 238 ixtisaslaşmada 759 magistrant 962 fənn üzrə keçirilən imtahanlarda iştirak etdi. II kursda təhsil alan 783 magistrant isə magistrlik dissertasiya işini müdafiə edərək məzun oldu. Bunlardan 469 nəfəri fərqlənmə diplomu ilə bitirdi.
Ø BDU-nun Qazax filialında isə imtahanlarda 1223 nəfər tələbə iştirak edib. Sessiya ərzində filialda ümumi olaraq 333 imtahan keçirildi.
Ø 4340 tələbə ÜOMG-yə uyğun qiymətləndirilib, 508 nəfər tələbə buraxılış işini müdafiə edib.
Ø Şifahi formada keçirilən bütün imtahan nəticələri tələbələrə imtahanın gedişində bildirildi.
Ø Bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin və magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi də onlayn formatda baş tutdu.
Ø Bakalavriat səviyyətində Yekun dövlət attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş 487 tələbə onlayn rejimdə buraxılış işinin müdafiə etdi.
Ø İmtahanlar “Microsoft Teems” platforması üzərindən təşkil edildi, videoyazı formasında arxivdə saxlanıldı.
Ø Tələbəyönümlü qərarların nəticəsi olaraq yaradılan BDU Tələbə Nəzarət Qrupu sayəsində fəal tələbələr birlikdə səmərəli fəaliyyət göstərdi. Nəticədə imtahanların gedişi və təhsilalanların imtahan prosesində iştirakına nəzarətin həyata keçirilməsinə əlverişli zəmin yarandı. Tələbə Nəzarət Qrupu imtahan prosesinə tələbələrin daha aktiv qoşulmasına müsbət təsir göstərməklə yanaşı Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarını öz ətrafında birləşdirdi.
Ø Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam şəkildə təmin edildi, imtahanların gedişi Universitetin rektoru, prorektorlar, dekanlar, kafedra müdirləri, Tələbə Nəzarət Qrupu tərəfindən izləndi.
Ø BDU-nun Psixoloji Yardım Sektoru onlayn imtahan sessiyası dövründə ehtiyacı olan tələbələrə psixoloji dəstək göstərərk, mütəxəssis məsləhətləri verdi.
Ø Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apellyasiya Komissiyası virtual fəaliyyət göstərdi. Sessiya müddətində Qəaragahın qaynar xəttinə 70-dən çox müracirət daxil oldu. Onların əksəriyyəti obyektiv və tələbələrin xeyrinə həll edildi.
Tələbələr pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması və imtahanlarla bağlı edilən müvafiq güzəştlərə görə BDU rəhbərliyinə və professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az