İlham Əliyev Putinlə telefonda danışdı

İlham Əliyev Putinlə telefonda danışdı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İ.H.Əliyev V.V.Putini koronavirus infeksiyasından Rusiya vaksininin qeydiyyata alınması münasibətilə təbrik edib”, - məlumatda deyilir.
Liderlər, həmçinin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematikaya dair fikir mübadiləsi aparıblar. Putin gərginliyin artmasına səbəb olan istənilən hərəkətə yol verilməməsinin vacibliyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər