Norveç Rusiya diplomatını ölkədən çıxarır

Norveç Rusiya diplomatını ölkədən çıxarır Vacib məlumatların xarici dövlətə ötürülməsi ilə təqsirləndirilən Novreç vətəndaşının saxlanılmasından sonra onunla əməkdaşlıq etmiş rusiyalı diplomatın Norveçdən çıxarılmasına qərar verilib.
Bu barədə “NRK TV” Norveç Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Rusiya səfirinə bildirdik ki, Rusiya səfirliyinin işçisi persona non gratadır və onun Norveçdən çıxması tələb olunacaq. Bu qərar onun statusu və diplomat kimi roluna uyğun olmayan hərəkətlər etdiyinə görə verilib”,- deyə məlumatda qeyd olunub.
Məlumata görə, sözügedən diplomat səfirliyin ticarət şöbəsində işləyib. Ona ölkəni tərk etmək üçün 72 saat vaxt verilib. Norveç XİN qovulan şəxsin adını açıqlamayıb.
Rusiyanın Norveçdəki səfirliyi hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Norveç Polis Təhlükəsizlik Xidməti (PST) bir Norveç vətəndaşının xarici ölkəyə vacib məlumatlar ötürmək şübhəsi ilə saxlanıldığını bildirib. Saxlanılmazdan əvvəl onun Rusiya kəşfiyyat zabiti ilə mütəmadi görüşlər keçirdiyi qeyd olunub. Rusiya kəşfiyyat zabitinin isə diplomatik toxunulmazlığa sahib olduğu, Norveç tərəfinin onu həbs edə bilmədiyi bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər