Polşa Norveç konsulunu “arzuolunmaz şəxs” elan etdi

Polşa Norveç konsulunu “arzuolunmaz şəxs” elan etdi Polşa Norveçin Varşavadakı konsulunu persona non qrata elan edib.
Bu barədə Polşa xarici işlər nazirinin müavini Şimon Şinkovski vel Senk tvitter hesabında yazıb:
“Norveç hökuməti Slamovir Kovalskini persona non qrata elan edib. Bu da ona öz funksiyasını yerinə yetirməyə mane olur. Bu situasiyada yeganə mümkün qərar qarşılıqlı hərəkət etməkdir”.
Qeyd edək ki, daha əvvəl Norveç XİN-i polşalı konsul Slamovir Kovalskini arzuolunmaz şəxs elan etmişdi. Səbəb olaraq “diplomatın rolu və statusu ilə üst-üstə düşməyən şəxsi davranışları”nı göstərmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər