UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu davam edir

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu davam edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu davam edir.
Qəbul Maliyyə və kredit, Mühasibat uçotu, təhlil və audit, Dünya iqtisadiyyatı, Ümumi iqtisadiyyat ixtisaslarına əyani və qiyabi təhsil forması üzrə onlayn keçirilir.
Plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.
Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qanunverciliyinə uyğun olaraq vahid dövlət imtahanı əsasında qəbul edilir.
Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat, Azərbaycan və ya rus dili, coğrafiya fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.
Qəbul barədə ətraflı məlumatı UNEC-in və UNEC Dərbənd filialının rəsmi saytlarından əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər