“Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan COVID-19-la bağlı çoxistiqamətli dəstək tədbirləri ilə bərabər, sosial proqramlarını hətta rekord həddə genişləndirib. Xüsusilə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial sahədə elektron texnologiyalar üzərində yaradılan innovativ yeniliklərin, proaktiv xidmətlərin bu dövrdə mühüm önəminin şahidi olduq. Bu isə dövlət sosial xidmətlərində innovativ həllərin daha geniş tətbiqini qarşıdakı dövr üçün əsas prioritet kimi müəyyən etməyə əsas verir”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüşü zamanı vurğulayıb.
Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərini qeyd edən nazir ölkəmizdə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. O, ötən il 4,2 milyon insanın rifahına dəstək olan inqilabi sosial paketlər, sosial ödənişlərin əhəmiyyətli dərəcədə, bir sıra istqiamətlərdə iki dəfə artırıldığı, bu il təqribən 5 milyon insanı əhatə edən sosial dəstək tədbirləri barədə məlumat verib. Bildirib ki, təkcə bu ilin 7 ayında 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım olaraq 3 mlrd. 349 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çoxdur. Pandemiya dövründə daha bir sosial dəstək olan birdəfəlik ödəmə proqramı kimi işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə ümumilikdə 333 milyon manat ödənilib.
S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsindən bəhs edib. Əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. istiqamətlərdə 132 növdə xidmətin innovativ həllərin tətbiqi üzərində “bir pəncərə”dən, şəffaf və opeartiv şəkildə təqdim edildiyi “DOST” mərkəzləri şəbəkəsinin genişləndirilməsi işlərini diqqətə çatdırıb.
O, əmək bazarı ilə bağlı aparılan islahatları, aktiv məşğulluq tədbirlərini, qeyri-formal məşğulluğun qarşısının alınması üçün görülən kompleks işləri, onların müsbət nəticələrini, əmək haqqı fondundakı artımı qeyd edib. Reabilitasiya və sosial xidmət, peşə hazırlığı infrastrukturunun yenilənməsi və bölgələr üzrə genişləndirilməsi üçün atılan addımlardan bəhs edib.
Tehsil-press.az