Ukraynada müxalifətçilərin olduğu avtobus atəşə tutuldu

Ukraynada müxalifətçilərin olduğu avtobus atəşə tutuldu Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.
Bu barədə ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun “Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.
***
Ukrayna polisi silahlı hücumla bağlı 14 nəfəri saxlayıb. Məlumata görə, insident zamanı ölən olmayıb. 2 nəfər yaralanıb, bir neçə nəfər girov götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər