Təhsil Nazirliyi: Apelyasiya müraciəti etmiş 96 namizəddən 42-si uğur qazanıb

Təhsil Nazirliyi: Apelyasiya müraciəti etmiş 96 namizəddən 42-si uğur qazanıb Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı uğur qazanmayan namizədlərin apelyasiya müraciətinin nəticələri məlum olub.
Nəticələrə əsasən, apelyasiya müraciəti etmiş 96 namizəddən 42 nəfər uğur qazanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.

Tehsil-press.az

Oxşar xəbərlər