Daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyənlər mayın 19-dək iştiraklarını təsdiqlədə bilər

Daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyənlər mayın 19-dək iştiraklarını təsdiqlədə bilər Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən imkan yaradılır. Həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq mayın 19-da saat 18:00-dək müsahibədə iştiraklarını təsdiq edə bilərlər.
Mayın 20-də dövlət ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib.
Qeyd edilib ki, mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumtəhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib. Mayın 7-dən etibarən isə digər şəhər və rayonlar üzrə ümumtəhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.

Tehsil-press.az

Oxşar xəbərlər