İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə 2020/2021-ci tədris ili üçün Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı davam edir.
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün sentyabrın 2-si saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında (https://eservices.dim.gov.az/erizebak/dpk/?frm=egov) müvafiq pəncərədən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
Dini-Psixoloji Komissiya DİM tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılır. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilirlər. Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları müsahibə əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən islamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər. İmtahandan məqbul alan abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Xatırladaq ki, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda müsahibəyə buraxılırlar.

Tehsil-press.az

Oxşar xəbərlər