Diplomatiya dilini mükəmməl bilən Prezident İlham Əliyevin Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan dövlətinin və millətinin mövqeyini açıq, birmənalı və konkret olaraq çatdırması hamının ürəyindəndir. Belə mövqe bütün dünyaya, dövlətlərə və beynəlxalq təşkilatlara yönəlmişdi.
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib.
Musa Qasımlı deyib: “Hamı bilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bu gün Azərbaycan ərazilərinin bir hissəsi işğal altında qalmaqda davam edir, Minsk qrupunun həmsədrləri heç bir iş görmürlər, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra edilmir, təcavüzkar isə öz bildiyini edir. Bəzi dövlətlər, o cümlədən Yunanıstan və Cənubi Kipr təcavüzkar Ermənistanla əlaqələrini genişləndirir, bəzi ölkələr isə işğalçını silahlandırırlar. Bu, beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərin ayaq altına atılmasından başqa bir şey deyil. Digər dövlətlər bu məsələdə səslərini çıxarmırlar. Sanki deyirlər ki, mənə toxunmayan ilan qoy, yüz il yaşasın.
Digər tərəfdən, son illərdə Türkiyə əleyhinə çirkin kampaniya aparılır. Söz Türkiyədən düşəndə haqq-ədalət və beynəlxalq hüquq prinsipləri riyakarcasına “unudulur”. Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti bütün beynəlxalq hüquq normalarından doğan prinsiplərə tamamilə uyğundur, Türkiyə dövləti və türk milləti bu məsələdə haqlıdır. Elə isə Türkiyəyə qarşı aparılan siyasətin məqsədi nədir? Hər şey aydındır: ikili standartlar, ədalətsizlik və Türkiyənin güc mərkəzinə çevrilməsinin qarşısının alınması.
Azərbaycan Prezidentinin dövlətimizin və millətimizin Türkiyənin və türk millətinin yanında olmasını birmənalı şəkildə elan etməsi həm qardaşlığımız, tarixi-mədəni, milli köklərimizlə bağlıdır, həm beynəlxalq hüququn, ədalətin yanında dayanmaq deməkdir, həm də məsələni anlamayanları başa salmaqdır. Ədalətdən danışıb onu ayaqlar altına atanlar anlayacaqlarmı? Bunu zaman göstərəcək. Onlar bir şeyi bilməlidirlər ki, Türkiyə və Azərbaycan bu məsələlərdə haqlıdır. Türk xalqlarına zorla boyun əydirmək olmaz”.
Tehsil-press.az