Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarı əsası olmayan, ədalətsiz, qərəzli qərardır.
Bunu Təhsil-press.az-a Milli Məclisin deputatı Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, bu qərar Türkiyəyə təzyiq etmək məqsədi güdür. Onun sözlərinə görə, bəzi dairələr Türkiyəni güclü və sabit görməkdə maraqlı deyillər: “Onlar Türkiyəni daim anarxiya içində görmək istəyirlər. Türkiyə bu qərarı qəbul etməz və cavabını verəcək".
Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
Təhsil-press.az