Qafqazşünaslıq İnstitutu əməkdaşlarının əsərləri xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edib

Qafqazşünaslıq İnstitutu əməkdaşlarının əsərləri xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun 2019-cu ildə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim edilib.
Elmi müəssisənin alimlərinin əsərləri xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edib. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının əsərlərinə Türkiyə, Almaniya, Ukrayna və digər ölkələrdə istinadlar edilib. M.Qasımlı, həmçinin bir neçə beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüdür.
Hesabat ilində institutun əməkdaşları Azərbaycan qafqazşünaslıq elmini xarici ölkələrdə layiqincə təmsil ediblər. Əgər 2018-ci ildə beynəlxalq və respublika elmi konfranslarında edilən məruzələrin sayı 75, o cümlədən xaricdə (Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna) 23 idisə, 2019-cu ildə bu rəqəm 112, o cümlədən xaricdə (Belarus, Rusiya, Türkiyə, Ukrayna) 24 olub.

Tehsil-press.az

Oxşar xəbərlər