COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları

COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları Təhsil Nazirliyi tərəfindən COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları açıqlanıb.
Qaydalarda koronavirus infeksiyasından qorunmaq üçün profilaktika və ehtiyat tədbirləri barədə məlumat yer alır. Məlumatda məktəblilərin həm özlərini həm də başqalarını virusdan qorumaq üçün digər insanlarla ünsiyyətdə olarkən 1,5 metr ara məsafəsi gözləməsi, əllərini tez-tez və qaydalara uyğun yuması, başqalarının əşyalarına toxunmaması, sinfi və məktəbi təmiz saxlaması, təhlükəsiz istirahəti seçməsi, kütləvi tədbirlərdən iştirakdan çəkinməsi, bildiklərini və bacardıqlarını başqaları ilə paylaşmaları tövsiyə edilib.
Qeyd edək ki, bu barədə ətraflı məlumat Təhsil Nazirliyinin “Facebook” səhifəsində yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər