Azərbaycan Universiteti, Almaniyanın Koblenz Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universiteti tərəfindən hər ilin sentyabr ayında təşkil olunan ənənəvi beynəlxalq yay məktəbi yaranmış ekstremal şəraitə uyğun olaraq Zoom proqramı vasitəsilə onlayn formatda keçirilir. Liderlik və məşğulluq: global əmək bazarı üçün bacarıqlar”(Global Job Skills: Leadership and Employability) mövzusuna həsr olunmuş yay məktəbinin iştirakçılarına dünya əmək bazarında liderlik və məşğulluq üçün tələb olunan bilik və bacarıqlar tədris olunur. İştirakçılar həmçinin koronavirus pandemiyasının ali təhsilə, məşğulluq və əmək bazarına milli və beynəlxalq səviyyədə təsirləri ilə bağlı mühazirələri dinləyir, mövzu ilə bağlı təlim və qrup işlərində iştirak edirlər.
Təlimləri yay məktəbinin tərəfdaşları olan universitetlərin professor-müəllim heyəti aparır. Beynəlxalq yay məktəbinə Bakı Mühəndislik və Azərbaycan Dövlət İqtisad universitetlərindən də tələbə və təlimçilər dəvət olunub. Tədbirdə Azərbaycan Universitetinin 4 tələbəsi iştirak edir. Ümumilikdə isə Azərbaycan, Gürcüstan və Almaniya universitetlərindən 25 tələbənin müraciəti qəbul olunub.
Yay məktəbi sentyabrın 12-dək davam edəcək.
Tehsil-press.az