Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başlayıb

Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başlayıb Azərbaycan Universitetinin Almaniyanın Koblenz Universiteti və Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti ilə birgə təşkil etdiyi yay məktəbinin açılış mərasimi keçirilib. Bir həftə davam edəcək yay məktəbi “Liderlik və məşğulluq: qlobal əmək bazarı üçün bacarıqlar” mövzusuna həsr olunur. Yay məktəbinə Bakı Mühəndislik və Azərbaycan Dövlət İqtisad univrsitetlərindən isə tələbə və təlimçilər dəvət olunub.
Açılış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, təlimçilər prof. Maqdalena Stülb və dr. Qabriel Wolf çıxış edərək yay məktəbinin işinə uğurlar arzulayıblar.
Açılış mərasimində iştirakçılara Azərbaycan Universiteti və beynəlxalq əlaqələri haqqında məlumat verilib. Bildirilib ki, iştirakçılar qlobal perspektivdən yanaşmayla Azərbaycanda iqtisadiyyat, biznes və mədəniyyətlə bağlı biliklərə yiyələnəcəklər. Onlara yay məktəbinin tərəfdaşları olan universitetlərin professor-müəllim heyəti tərəfindən şirkətlərin Azərbaycanda necə fəaliyyət göstərdiyi və dünya əmək bazarında liderlik və məşğulluq üçün tələb olunan bilik və bacarıqlar tədris olunacaq. İştirakçılar mövzu ilə bağlı təlim və qrup işlərində iştirak edəcəklər.
Açılışın ardından təlimlərə start verilib. Gün ərzində prof. Rövşən Quliyev “Azərbaycanda biznesin təşkili”, Dr. Qabriel Wolf “Beynəlxalq əmək bazarı: Almaniyada məşğulluq səviyyəsinin vəziyyəti”, prof. Maqdalena Stülb “Fərqli mədəniyyət daşıyıcıları olan qruplarda sinerjinin yaradılma təşəbbüsləri” mövzusunda təlim keçiblər. Günün sonunda iştirakçılar işçi qruplara bölünəcək və layihə seçimi edəcəklər. Layihələr yay məktəbinin tərəfdaşları Atabank, Mərkəzi Kinik Hospital, Excelsior Hotel və “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyində icra olunacaq.
Həftə ərzində isə işçi qrupların xarici şirkətlərə və Sumqayıt Sənayə Parkına səfəri təşkil olunacaq.
Qeyd edək ki, Almaniya, Gürcüstan və Azərbaycandan 20 tələbənin iştirak etdiyi yay məktəbinin iştirakçıları və təlimçiləri üçün həftə sonunda qarşılama mərasimi təşkil olunub. Onlar bələdçi ilə Bakıətrafı gəzintidə olub, Qobustan qoruğuna səyahət ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başlayıb

Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başlayıb

Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başlayıb

Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başlayıb

Azərbaycan Universitetində beynəlxalq yay məktəbi başlayıb

Oxşar xəbərlər