“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 9-u üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.
Proqramda Azərbaycan bölməsi üzrə V siniflər üçün fiziki tərbiyə, Azərbaycan dili, riyaziyyat, VI siniflər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili və müəllimdən məktub, rus bölməsi üzrə III siniflər üçün rus dili və riyaziyyat fənlərindən dərslər təqdim olunub.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Tehsil-press.az

Oxşar xəbərlər