Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatlar açıqlanıb

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatlar açıqlanıb Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatlar açıqlanıb.
Sentyabrın 22-də 36 şagirdin, 7 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 10 şagird, 7 nəfər işçi heyət isə koronavirusa yoluxub. İki sinif təhsilin distant formasına keçirilib və korononavirusa yoluxma hallarına görə distant təhsilə keçirilən siniflərin sayı 6-ya çatıb.
Xatırladaq ki, bu günə qədər respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər