Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımız üçün 2020/2021-ci tədris ili üçün nəzərdə tutulan dərsliklər sentyabrın 22-də Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.
Nazirliyə 23 adda 21 min 613 ədəd ana dili və ədəbiyyatı dərsliyi və müəllimlər üçün metodik vəsait təqdim olunub.
Dərslik və metodik vəsaitləri qəbul edən Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Kaxa Kandolişvili kitab və digər vəsaitlərin yaxın vaxtlarda azərbaycandilli məktəblərə paylanacağını deyib.
Səfirlikdən bildiriblər ki, bu günədək Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza 600 minə yaxın dərslik və digər metodik vəsait göndərilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirlik bu il də Gürcüstana yeni dərsliklər göndərib.
Tehsil-press.az