Təhsil Nazirliyi: Gürcüstana 20 min 622 ədəd dərslik və metodik vəsait göndərilib

Təhsil Nazirliyi: Gürcüstana 20 min 622 ədəd dərslik və metodik vəsait göndərilib Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2019-2020-cu tədris ili üçün 21 adda 20 min 622 ədəd dərslik və metodik vəsait göndərilib.
Qeyd edilən dərs vəsaitləri bu qurumun və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə həmin ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, “Ana dili” və “Ədəbiyyat” dərsliklərinin mübadiləsi 2011-ci il 20 dekabr tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir.
Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 81 min 427 ədəd dərslik və metodik vəsait göndərilib.

Tehsil-press.az

Oxşar xəbərlər