Minskdə növbəti etiraz aksiyası, 250-yə yaxın saxlanılan var

Minskdə növbəti etiraz aksiyası, 250-yə yaxın saxlanılan var Bazar günü Belarusun paytaxtı Minskdə keçirilən etiraz aksiyalarında artıq 250 nəfərə yaxın insan saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.
“Paytaxtın müxtəlif rayonlarında 250 nəfərə yaxın insan saxlanılıb”, - məlumatda deyilir.
DİN-in məlumatına görə, Belarusda saat 15:00-a kimi 17 yerdə etiraz aksiyasının keçririldiyi qeydə alınıb, aksiya iştirakçılarının ümumi sayı 3 min nəfəri keçməyib.
Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər