ADA Universitetinin baş müəlliminin məqaləsi Almaniyada dərc edilib

ADA Universitetinin baş müəlliminin məqaləsi Almaniyada dərc edilib Almaniyanın Frankfurt Sülh Araşdırmaları İnstitutu “Dağlıq Qarabağ: İkinci Ermənistan-Azərbaycan müharibəsi niyə baş verdi?” mövzusunda məqalə dərc edib (https://blog.prif.org/2020/11/05/nagorno-karabakh-why-the-second-armenia-azerbaijan-war-started/).
Məqalənin müəllifi hazırda həmin institutda elmi araşdırma aparan ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayevdir.
Müəllif, ilk növbədə, xarici və daxili amillərin üzərində durur və burada dəyişən güc balanslarından bəhs edir. O, buna regionda həm hərbi güc, həm də geosiyasi balansın dəyişməsini aid edir: xüsusən son illərdə Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğunu və Türkiyənin regionda artan siyasi nüfuzunu.
A.Babayev əsas dəyişən daxili amil olaraq isə Ermənistanda 2018-ci ildəki hakimiyyət çevrilişini qeyd edir. O, bu dəyişikliyin Ermənistan hökumətinin daha millətçi və populist hərəkətlərinə yol açmasından bəhs edir. Məqalədə xüsusən də münaqişə ilə bağlı Ermənistan rəhbərliyinin son siyasi və hərbi təxribatları ətraflı izah edilir.
Xatırladaq ki, keçən il Frankfurt Sülh Araşdırmaları İnstitutu, həmçinin münaqişənin mümkün həll yollarına dair Azər Babayevin və bir qrup alman ekspertlərin həmmüəllifliyi ilə “Dağlıq Qarabağ düyünü” kitabını nəşr edib (https://www.springer.com/gp/book/9783658251987). Nəşrdə müxtəlif münaqişələrin həllinə dair nəzəri biliklərlə praktiki təcrübə bir araya gətirilərək, münaqişələrin müqayisəli təhlili verilib və Dağlıq Qarabağ probleminin həllində yararlı ola biləcək elmi tədqiqatlar yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər