BDU-da “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsi keçirilib

BDU-da “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsi keçirilib Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru Azər Əliyev BDU-nun tələbələri üçün “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsini keçib.
İştirakçıları salamlayan BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev dünyanın bir sıra ölkələrində sürətlə yayılmaqda davam edən koronavirus (Covid-19) pandemiyasının ehtimal olunan təhlükələrinin qarşısının alınması üçün bütün dünyada, eləcə də ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb.
“Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsini verən professor Azər Əliyev fors major anlayışının mahiyyəti, Azərbaycan Respublikası Mülki Məcəlləsində fors-major hallarının hüquqi tənzimlənməsi, Alman hüquq sistemi, konstitusiya məhkəməsinin bu sahədəki fəaliyyəti, Koronavirus fors-major halı hesab oluna bilərmi, Covid-19 şəraitində fors-major vəziyyət, fors-major şərtləri ilə bağlı ətraflı məlumat verib.
Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərsi 100-ə yaxın iştirakçı dinləyib.
Qarşılıqlı diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər