2019-2020-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan I tədris ilinin tələbələri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris və imtahan prosesi barədə geniş məlumat vermək olmuşdur. Görüşdə fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, müəllimlər, tyutorlar, tələbələrin valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, tyutorlar tələbə-gəncləri universitetə qəbul olunmaları və yeni tədris ili münasibətilə təbrik edərək onlara həyatda və təhsildə yeni–yeni uğurlar arzulayıblar. Görüşlərdə xüsusi vurğulanıb ki, peşə, ixtisas seçimi hər bir gəncin həyatında mühüm rol oynayır. Müəllimlik şərəfli, müqəddəs və eyni zamanda məsuliyyətli peşədir. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Azərbaycan cəmiyyətində müəllim peşəsinin ictimai nüfuzu durmadan yüksəlir.
Qeyd edək ki, Filologiya, Riyaziyyat, Kimya və biologiya, Tarix və coğrafiya, Məktəbəqədər təhsil, İncəsənət və fiziki tərbiyə, Fizika, İbtidai təhsil fakültələrində keçirilən görüşlərdə tələbələrə dərsə davamiyyət, Boloniya prosesi, kredit sistemi, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, kitabxanadan istifadə, tələbə ictimai təşkilatları və ictimai-mədəni tədbirlərdə iştirakları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilən ADPU-nu seçənlərin sayı artıb. Bu il 338 nəfər gənc 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Onlardan 189 nəfər Filologiya fakültəsinə, 63 nəfər Tarix və coğrafiya fakültəsinə, 48 nəfər Riyaziyyat fakültəsinə, 27 nəfər Kimya və biologiya fakültəsinə, 11 nəfər İbtidai təhsil fakültəsinə qəbul olunub. 1 nəfər 608 bal toplayaraq Riyaziyyat fakültəsinə qəbul olunub. ADPU-nun 5 filialı üzrə 27 nəfər 500-dən çox, 2 nəfər isə 600-dən çox bal toplayıb. Bütövlükdə bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 365 nəfərdir. Cari tədris ilində filiallarla birlikdə 3 nəfər gənc 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
Görüşlərdə yüksək balla universitetə qəbul olunmuş tələbələrə hədiyyələr və tələbə biletləri təqdim edilib, tələbələri və valideynləri maraqlandıran suallar cavablandırılıb, dərs cədvəlləri paylanılıb, tələbələr təhsil alacaqları fakültənin dekanlığı, kafedraları, tədris auditoriyaları, dərs cədvəlləri və elmi-tədqiqat laboratoriyaları ilə tanış ediliblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi