Sabirabad Mədəniyyət kollektivi orduya dəsdək oldu

Sabirabad Mədəniyyət kollektivi orduya dəsdək oldu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən vətəndaşlar bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına elektron qaydada, həmçinin, qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək, könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. Sabirabad Regional Mədəniyyət İdarəsinin Sabirabad rayon Mədəniyyət Mərkəzi və onun tabe müəssisələrinin kollektivi də bu çağırışa qoşularaq Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Sabirabad rayon şöbəsinə yollanaraq qeydiyyata alınıblar. Sabirabad rayon Mədəniyyət Mərkəzinin rejissoru Seyidməmməd Əliyev və Qarabağ müharibəsi veteranları I qrup əlil Vidadi Güləliyev, II qrup əlil Vəfadar Cəfərov və II qrup əlil Xəyal Əliyev kollektiv qarşısında çıxış edərək, vətənpərvərliyin, milli mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biri olduğunu və igid, mərd oğullarımızın Aprel döyüşlərində Lələtəpəyə, Bayraqtəpəyə sancılan üçrəngli bayrağımızı Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə tezliklə işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalandıracağına əminliklərini bildirmiş, Azərbaycanın müzəffər ordusunun düşmənlərlə apardığı müqəddəs mübarizədə qalib gələcəyini, işğal olunmuş torpalarımızı azad etməyə mənəvi-psixoloji baxımdan hazır olduğumuzu vurğulamışlar. Sonda “Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!” “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” kimi şüarlar səsləndirilmişdir.

Tehsil-press.az

Oxşar xəbərlər