Avropa Ali Təhsil Məkanına (EHEA) üzv ölkələrin onlayn formatda növbəti nazirlər konfransı keçirilib.
Tədbirdə EHEA-ya qoşulan 48 ölkənin təhsil nazirləri, o cümlədən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev iştirak və çıxış edib. Emin Əmrullayev çıxışında ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlar və son dövr ərzində bu yöndə əldə olunan uğurlardan söz açıb.
İtaliyanın sədrliyi ilə baş tutan tədbirdə EHEA-nın gələcəyi, inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qeyd olunub ki, növbəti 10 illikdə EHEA-nın inkişafının üç əsas dəyər və hədəf üzərində qurulması nəzərdə tutulur: ali təhsilin inklüzivliyi (sosial inklüzivlik), innovativlik, əməkdaşlıq və mobillik.
Konfrans Bəyannamənin qəbul edilməsi ilə başa çatıb.
Tehsil-press.az