“Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsi adı altında həyata keçirilən Tvinninq layihəsi çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində görüş keçirilib.
Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, ümumi məqsədi Avropa Ali Təhsil Məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi olan layihənin əsas tərəfdaşları Təhsil Nazirliyi, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi (FİNEEC) və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyidir (EKKA).
Layihə çərçivəsində keyfiyyətin gücləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiyasının təkmilləşdirilməsi, müvafiq sahələrdə siyasətin formalaşdırılmasına dair dialoq, eləcə də beynəlxalq əməkdaşlıq və mobillik kimi Avropa Ali Təhsil Məkanına məxsus prinsiplərinin həyata keçirilməsi istiqamətində addımların atılması nəzərdə tutulur. Görüş çərçivəsində qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov 2015-ci ildən başlanan Tvinninq layihəsinin Avropa Ali Təhsil Məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüş “Ali təhsil sahəsində təkmilləşən əməkdaşlıq” mövzusunda seminarla davam edib. Tvinninq Layihəsi üzrə Rezident Tvinninq Müşaviri Reijo Aholainen layihə çərçivəsində görülən işlərdən danışıb. Finlandiyanın Novia Tətbiqi Elmlər Universitetinin rektoru Örjan Anderssonun Rektorlar Şurasının yaradılması ilə bağlı çıxışı, Arximed Fondunun direktoru Rait Toompere və Helsinki Universitetinin professoru Kauko Hamalainen bununla əlaqədar birgə təqdimatı dinlənilib. Görüşdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov və aparıcı məsləhətçi Vüsalə Qurbanova da iştirak ediblər.

BDU-nun Mətbuat Xidməti