30 illik həsrətə cəmi 44 gündə son qoyuldu. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi səriştəsi və qətiyyətli mövqeyi, ölkə diplomatiyasının və müzəffər ordunun fəaliyyəti ilə 30 ilə yaxındır ki, erməni işğalında olan elm, təhsil, mədəniyyət və bir çox gözəlliklərin beşiyi olan doğma yurdlarımız, Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib.
Bu artıq hər kəs tərəfindən bilinən faktdır ki, erməni silahlı qüvvələri işğal etdiyi ərazilərdə bütün yaşayış və iaşə obyektlərini darmadağın edərək, viranə qoyduğu kimi təhsil müəssisələrini də darmadağın etmişdir. Ümumiyyətlə 1990-cı illərin əvvəllərində baş tutmuş Qarabağ müharibəsi dövründə təhsil müəssisələrinin bəzilərinin faəliyyəti dayandırılmış, bəziləri isə müvəqqəti olaraq başqa bölgələrə köçürülmüşdür. Bu gün isə vahid bir reallıq vardır ki, biz doğma yurdumuza qayıdırıq. Azərbaycanda dünyəvi məktəb təhsilinin əsası qoyulan Şuşaya qayıdırıq.
Qarabağ ərazisində təhsilin inkişaf tarixinə baxsaq, ilk dünyəvi qəza məktəbi məhz Azərbaycanın mirvarisi Şuşa şəhərində, 1830-cu ildə fəaliyyətə başlayıb. Sözügedən 190 yaşlı Şuşa qəza məktəbi özündə böyük bir tarixi və nəsilləri saxlayaraq, illər boyu elm və təhsilə böyük töhfələr vermiş, bir çox akademik və elmlər doktorları, qəhrəmanlar və b. kimi nümunəvi şəxsiyyətləri yetişdirmişdir. Çar höküməti dövründən dünyəvi təhsilə keçidin, inkişafın və bu sahəsinin tərəqqisinin növbəti nüməsi kimi həm də, 1881-ci ildə fəaliyyətə başlamış, görkəmli pedaqoq və sənətkarları yetişdirmiş Şuşa real məktəbini də nümunə kimi göstərə bilərik. Bunun ardınca isə Azərbaycan tarixi boyu təhsil sahəsində müxtəlif dövrlərdə irimiqyaslı işlər görülmüşdür.
XX əsrin 90-cı illərinin çətinliyindən sonrakı dövrdə ölkə idarəetməsinin düzgün formalaşması, cənab Prezident tərəfindən uğurla davam etdirilən siyasi kursun və icra edilən strateji planların nəticələrinə uyğun olaraq, Azərbaycanın təhsil sistemi yüksək səviyyədə inkişaf etmişdir. Lakin əsas bir faktor vardır ki, Azərbaycanın təhsil sisteminin inkişafının dayanıqlı və davamlı olmasının əsas səbəblərindən biri xalqımızın tarix boyu təhsilə meyilli olmasıdır. Azərbayanılılar təhsil və elmə daima böyük maraq göstərmiş, bu sahədə yeni nailiyyətlər əldə etmişdir. Sözsüz ki, bu nailiyyətlərin və göstəricilərin əldə edilməsi üçün inkişaf mütləqdir. Məhz buna görə də təhsil sahəsində yeni imkanlar daima araşdırılmış və cəlb edilmişdir. Dağlıq Qarabağ ərazisində də təhsilə olan bağlılıq, Qarabağ və ətraf bölgələrində yaşayanların təhsil almağa, digər ölkələrə getməyə, müxtəlif sahələrə yönəlməsini də göz önündə tutaraq deyə bilərik ki, təhsil və savadlılıq daima əsas götürülən məqamlardan biri olmuşdur.
Havası, suyu, təbiəti və bütün gözəllikləri ilə daima seçilən Dağlıq Qarabağ və ətraf bölgələrində təhsilə verilən önəm kimi bir nümunə də, məhz sözügedən bölgələrdə doğulub yaşamış, yaratmış və minlərlə şəxsin təhsilinə böyük töhfələr vermiş müəllimlərdir. Mehdi Mehdizadə, Cabbar Qaryağdıoğlu, Lətif Kərimov, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, Süleyman Rəhimov və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əliyar Əliyev Qarabağın məşhur müəllimləri sırasındadır. Qeyd edilən müəllimlərin timsalında, Qarabağımızn havasını almış, Cıdır düzündə gəzmiş, Ağdamın, Kəlbəcərin, Xocavəndin və digər bölgələrin bütün gözəlliklərini görmüş pedaqoqların fəaliyyət nəticələri bu gün də görünməkdədir. Təhsilə olan sevgi və bağlılıqla yetişdirilən nəsillərin davamçıları bu gün həmin ərazilərə olan böyük eşq və bağlılıqla düşmən işğalına son verdi. Azərbaycan üçün hər bir yaşayış məntəqəsində təhsilin inkişafı əhəmiyyətlidir. Tarixini, keçmişini dərindən öyrənən nəsil indi gələcək təhsil tarixini yazmaq üçün azad etdiyi ərazilərdə ilk addımlarını atır. Aprel döyüşlərindən sonra cəbhə xəttinə ən yaxın nöqtələrdən biri olan Cocuq Mərcanlı kəndində artıq yeni başlanğıcların ilk addımı qoyuldu. Bu addımlardan biri də məhz təhsil sahəsi ilə bağlı olmuşdur. Artıq 2017-ci ildə Cəbrayıl rayonu ərazisində yerləşən Cocuq Mərcanlı kəndində 24 il sonra zəng səsi eşildimiş və şagirdlər üçün tədris prosesi başlanmışdır. Bu heç də təsadüfi deyil ki, ilk dərs də məhz “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilmişdir. Bu bir daha göstərir ki, Azərbaycan öz əzəli torpaqlarını işağldan azad etdikdən sonra məhz həmin yerlərdə inkişafı, tərəqqini və dirçəlişi özünə prioritet tutur. Bu dirçəliş həm də Azərbaycanın gələcək üçün böyük investisiyasıdır. Çünki hər bir şagirdə və tələbəyə edilən yatırım ölkəmizin parlaq, dayanıqlı gələcəyi üçün edilən yatırımdır. Bunu nəticəsidir ki, 30 ildən sonra yetişən gənc nəsil bu gün böyük vətənpərvərlik nümayiş etdirərək sona qədər döyüş meydanında oldu. İşğal altında, dağıdılmış məktəblərin məzunlarının övladları bu gün o əraziləri gələcək övladları üçün azad etdi. Şagirdlərimiz illərdir kitablarda sadəcə adı və fotosunu gördüyü əraziləri canlı görəcək. Qarabağın təhsil tarixində növbəti mərhələdə artıq şagirdlərimiz Qarabağın keçmiş tarixini, həm də işğaldan azad olunmasının şanlı tarixini Şuşa, Xankəndi, Kəlbəcər, Qubadlı və digər rayonlarında olan məktəblərində öyrənəcək. Əsrlər boyu tarixi hadisələrin şahidi olmuş, öz möhtəşəmliyini saxlayan Xudafərin körpüsünü, Daş dövrü insanlarının yaşayış məskəni olmuş və tarix kitablarında eşitdikləri Azıx mağarasını, Kəlbəcərdə yer alan tarixi monastr və kilsələri görmək canlı görəcək. Hər nə qədər erməni xalqı işğalçılıq siyasəti yeritdiyi ərazidən çıxarkən oraları talan etsə də bu vəziyyətin düzəlməsi də yaxındadır.
Ermənistanın işğalçılıq siyasəti yeritdiyi dövrdə Qarabağda 693 məktəb, 855 uşaq bağçası dağıdılıb. Bu sözsüz ki, ermənilərin işğalçılıq və yağmaçılıq siyasətinin göstəricilərindəndir. Belə ki, 30 il müddətində Ermənistan tərəfi işğal altında saxladığı ərazilərdə süquta uğrayan qondarma siyasətini yeritməyə davam etdirmiş, heç bir təhsil, elm, infrastruktur, mədəniyyətin inkişafı istiqamətində fəaliyyət ortaya qoymamışdır. Bunun səbəbi isə böyük ehtimalla heç bir əsaslı tarixi olmayan erməni xalqının sözügedən sahələrə önəm verməsinin mənasız olmasıdır. Hal-hazırda Azərabycan əraziləri işğaldan azad edilib. Ermənilər tərk etdiyi rayonlarında məktəb binasını talan edir və yandırır. Məktəbi məhz məktəb direktoru, pedaqoq yandıraraq, işğal etdikləri torpaqları tərk edir. Sözsüz ki, bu sadəcə məntiqə sığışmayan qeyri-adekvat addımdır. Bütün bu addımların əks cavabı isə Azərbaycan tərəfindən daima adekvat və qətiyyətli formada olmuşdur. Yenidən dirçələk Şuşa, Füzuli, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı ,Zəngilan, Kəlbəcər və Xankəndində təhsil də dirçələcək və bizim gələcəyimizə çıraq olacaqdır.
Əminliklə deyə bilərik ki, Qarabağda təhsilin gələcəyi parlaqdır. Azərbaycan öz torpaqlarının işğaldan azad olunmasında olduğu kimi, həmin ərazilərin dirçəldilməsində də qətiyyətli mövqesindədir. Heç bir şübhəyə ehtiyac olmadan biz əminliklə deyə bilərik ki, işğal nəticəsində köçürülmüş təhsil ocaqları öz yurdlarına qayıdaraq ölkəmizin dayanıqlı inkişafının davamlılığı uğrunda parlaq gələcəyi yetişdirməyə davam edəcəkdir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı,
Elm və təhsil komitəsinin üzvü
Milli Məclisin deputatı,
Elm və təhsil komitəsinin üzvü