Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun rəşadəti ilə tarix yazdı. Biz Qələbə Gününü 30 ilə yaxındır ki, gözləyirdik. Sevinirəm ki, qələbə həyəcanını yaşamaq mənə də nəsib oldu.
Bu fikirləri Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov deyib.
O bildirib ki, ermənilərin işğalçı siyasəti nəticəsində öz doğma yurd-yuvalarından köçkün düşən insanlar artıq evlərinə qayıda biləcəklər: “Azərbaycan xalqı əzmlə, səbirlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm qələbə xəbərini gözlədi. Xalqımızın qələbəyə olan inamını heç nə sarsıda bilmədi. Qırx dörd gün davam edən müharibədə Azərbaycan həm siyasət, həm də savaş meydanında öz gücünü göstərdi. Düşmən məğlubiyyəti qəbul etdi, zəfər bizim oldu”.
Fuad Bədəlov vurğulayıb ki, Azərbaycanın apardığı uğurlu siyasət onu bütün sahələrdə regionun lider dövlətinə çevirib. Dövlətimizin iqtisadi gücünə arxalanaraq inanıram ki, tez bir zamanda işğaldan azad olunan torpaqlarımızda infrastruktur yenidən qurulacaq: “Qubadlı rayonu işğal edilməzdən əvvəl rayonda 61 ümumtəhsil məktəbi, o cümlədən 33 tam orta, 16 ümumi orta (əsas), 12 ibtidai məktəb vardı. Bundan əlavə, 1 texniki peşə məktəbi, əyani-qiyabi məktəb və 5 məktəbdənkənar müəssisə də fəaliyyət göstərib. Qubadlı rayonu işğal olunduqdan sonra məcburi köçkün uşaqlarının normal təhsilinin təmini, təhsil strukturlarının bərpası, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə geniş miqyaslı iş aparıldı. Hazırda Qubadlı rayonu üzrə 31 tam оrta və 1 ümumi orta məktəb, 2 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Tezliklə bu məktəblərin məhz Qubadlıda öz qapılarını şagirdlərin üzünə açacağına inanıram”.
Tehsil-press.az