İtaliyanın Padua Universitetinin Antonio Papisca İnsan Hüquqları Mərkəzi, Siyasi elmlər, Hüquq və Beynəlxalq araşdırmalar kafedrası və UNESKO-nun İnsan hüquqları, Demokratiya və Sülh kafedrasının birgə təşkilatçılığı ilə illik beynəlxalq insan haqlarına həsr olunmuş beynəlxalq virtual konfrans keçirilib.
Virtual konfrans Böyük Britaniyanın London Universitetinin Yüksək tədqiqatlar Mərkəzinin İnsan Hüquqları Konsorsiumu, İsveçin Qutenberq Universitetinin Qlobal Tədqiqatlar Mərkəzi, Avstriyanın Qraz Universitetinin İnsan hüquqları və insan təhlükəsizliyi üzrə UNESCO kafedrası və Polşanın Wroclaw Universitetinin Beynəlxalq Tədqiqatlar İnstitutunun birgə əməkdaşlıq çərçivəsində baş tutub. İtaliya, İngiltərə, Braziliya, İsveç, Polşa, Yaponiya və digər qabaqcıl ölkələrdən olan alimlərin iştirak etdiyi konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin alimləri təmsil edib. Məlumata əsaslanan insan hüquqları araşdırması (Data-driven human rights research) mövzusunda keçirilən onlayn konfransda BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ kafedrasının müdiri, professor Əmir Əliyev, kafedranın dosentləri Gülnaz Rzayeva və Aytəkin İbrahimovanın birgə müəllifliyi ilə elmi məqalə təqdim edilib.
BDU alimləri konfransda “Süni intellekt və şəxsi məlumatlar: beynəlxalq və milli konteksdə” (“Artificial intelligence and personal data: international and national framework”) adlı elmi məqalə ilə çıxış ediblər.
Çıxışda müəlliflər tərəfindən süni intellekt sistemlərinə leqal anlayışın verilməsi, rəqəmsal hüquqlarla bağlı normaların redaktəsi, kibertəhlükəsizliyin təmin olunması üçün kibermədəniyyətin artırılması məsələləri üzrə bir çox təkliflər verilib, süni intellekt sistemlərinin tətbiqi zamanı insan hüquqlarının rəhbər tutulması, “mənəvi yanaşma” prinsipinin əsas götürülməsi, şəxsi həyatın toxunulmazlığının təmin olunmasına diqqət çəkilib. BDU alimlərinin təqdim etdiyi məqalə müzakirə panelində maraqla qarşılanıb, iştirakçı alimlər tərəfindən müsbət rəy alıb.
Tehsil-press.az