Dünyada kölə kimi yaşayan insanların sayı açıqlandı

Dünyada kölə kimi yaşayan insanların sayı açıqlandı Dünyada 40 milyondan çox insan müasir köləlik formalarına məruz qalır, onların 71 %-i qadınlardır. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü ilə bağlı yaydığı bəyanatda deyilir.
“Bu gün 40 milyondan çox insan müasir köləliyin qurbanlarıdır. Qadın və qızlar bu rəqəmin 71%-ni təşkil edir”, - o deyib.
“Gender bərabərsizliyi ayrı-seçkiliyin nümunəsini daha da gücləndirir”, - deyə Baş katib əlavə edib.
Quterreş BMT-nin bütün üzvlərini “bu iyrənc təcrübələrə son qoymaq üçün daha çox səy göstərməyə” çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər