Dünyanın sürətlə inkişaf edən təhsil sistemlərində keyfiyyət dəyişiklikləri əsasında dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurslarının yenilənməsi durur. Son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik olan Sinqapurun bu sahədə əldə etdiyi nailiyyətlər də ciddi maraq doğurur. Azərbaycan Respublikası Təhsil Nazirliyi də belə bir zəmində dərsliklərin təkmilləşdirilməsi istiqamətində Sinqapurla əməkdaşlığa geniş önəm verir. Bu sahədə artıq ilkin addım atılıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir.
Təhsil Nazirliyi Sinqapur modelli dərsliklərin hazırlanması ilə bağlı Azərbaycanın təhsil və elmi ictimaiyyətinin tanınmış nümayəndələrinin rəylərini alıb.
Nazirliyə istinadən rəylərin xülasəsini təqdim edirik.
Professor Hamlet İsaxanlının fikrincə, Təhsil İnstitutunun təbiət elmləri və riyaziyyat üzrə təkmilləşdirəcəyi dərsliklər bu fənlərin tədrisinə yeni yanaşma gətirməklə yanaşı, şagirdlərimizin “PISA” və “TIMSS” kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yüksək nəticə göstərmələrinə səbəb olacaq: “Bu gün həmin tədqiqatlara texnologiya və sənayedə öz sözünü demiş Sinqapur, Koreya kimi ölkələr liderlik edir. Təhsil və iqtisadiyyat arasındakı korrelyasiyaya baxsaq, burada güclü təhsil ilə silahlanmış insan kapitalının əməyini rahatlıqla görmək olur”.
Bakı Mühəndislik Universitetinin dosenti Elçin Süleymanov hesab edir ki, Sinqapur təhsil sistemi dünya reallıqlarına və hədəflərinə ən çevik reaksiya sərgiləyən, Asiya regionunun ən təşəbbüskar, yenilikçi ölkəsidir: “Sinqapurlu şagirdlərin son illərdə beynəlxalq qiymətləndirmələrdə uğurlar qazanmasının bir amili də məktəb dərsliklərinin keyfiyyətli, müasir çağırışları tam ehtiva etməsidir. Bu mənada Təhsil Nazirliyinin dərsliklərin modernləşdirilməsi sahəsində təşəbbüsünü çox yüksək qiymətləndirirəm”.
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşı, dosent Əfsun Sucayev qeyd edib ki, son illərdə məktəblilərin təbiət elmləri sahəsində biliklərinin inkişaf etdirilməsi zərurəti dünya təhsil sistemində trend halını alıb: “Məhz elmi nailiyyətlər ölkələrin rəqabət qabiliyyətliliyinin güclənməsinə xidmət edən güclü amilə çevrilib. Bu amil Sinqapurun təhsil sistemində gördüyümüz uğurların əsasında dayanır. Bu uğurlar Sinqapuru dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahiblik edib. Buna görə də Təhsil Nazirliyinin təşəbbüsünü çox vacib və uğurlu hesab edirəm”.
Tehsil-press.az