“Mütəxəssislərimiz ərazilərin minalardan təmizlənməsində Azərbaycan Ordusuna kömək edir” - Türkiyə MN

“Mütəxəssislərimiz ərazilərin minalardan təmizlənməsində Azərbaycan Ordusuna kömək edir” - Türkiyə MN Qarabağda Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması üçün hazırlıq işləri tam şəkildə davam etdirilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şəbnəm Aktop bildirib.
Onun sözlərinə görə, türkiyəli mütəxəssislər Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan Ordusuna kömək edirlər.
“Türkiyəli mütəxəssislər Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər. Türkiyə Azərbaycan xalqının ədalətli mübarizəsinə bundan sonra da dəstək verməyə hazırdır”, - deyə Aktop bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər