Ərdoğan: Türkiyə Afrində əməliyyatı tam başa çatdırmayıb

Ərdoğan: Türkiyə Afrində əməliyyatı tam başa çatdırmayıb Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində hərbi əməliyyatları hələ tam yekunlaşdırmayıb.
Türkiyə lideri qeyd edib ki, hazırda Türkiyə SQ-nin əsas vəzifəsi yaşayış məntəqələrinin piyada əleyhinə və tank əleyhinə minalardan təmizlənməsidir.
R.T.Ərdoğan əlavə edib ki, Mənbic rayonunda gələcək əməliyyatları ABŞ-da Türkiyə XİN rəhbəri Mayk Pompeo ilə müzakirə edəcək.
Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatına başlamışdı. Əməliyyat nəticəsində Afrin mart ayının ortalarında azad edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər