Üç ay öncə Ali Hərbi Məktəbi bitirərək zabit kimi xidmətə başlayan Məhəmməd Şəbiyev mayor olan atasından daha yüksək zirvəyə çatmağı arzulayır və hədəfləyirdi. O, bütün hərbçilər, hətta generalların belə çatacağı zirvəyə 3 ayda yüksəldi, şəhidlik zirvəsinə, şəhadətə ucaldı.
Şəhid atası mayor Vaqif Şəbiyevin evində olaraq ailədən reportaj hazırlayıblar.
Vaqif Şəbiyev Birinci Qarabağ Müharibəsində Şuşa, Goranboy və Tərtər uğrunda döyüşlərdə iştirak edib. O, müharibədən əvvəl Rusiyada zabit kimi hərbi xidmətdə olub: “20 Yanvar” hadisələrindən sonra istefa verib Bakıya gəldim, Azərbaycan Ordusuna yazıldım. O vaxt çox çətin idi, vahid komandanlıq yox idi, silah-sursat yox idi. Daşaltı əməliyyatında kəndin yarısına kimi getdik, dəstəmizin yarısı şəhid oldu, sonra Şuşaya girdik. Bundan sonra Tərtər uğrunda döyüşlərə qayıtdıq, bu rayonun işğal edilməməsinin səbəbi bizim briqada oldu”.
Şəhid Məhəmməd Şəbiyev də atası kimi hərbçi olmaq istəyib, amma daha yüksək rütbələrə qalxmağı hədəfləyib: “Oğlum Məhəmməd də məni hərbçi kimi görüb, belə böyüdü. Mən torpaqların işğal edilməməsi üçün döyüşdüm, oğlum isə işğaldan azad etmək üçün. Əvvəl o mənimlə fəxr edirdi, hər yerdə deyirdi ki, atam hərbçidir. İndi mən oğlumla fəxr edirəm ki, Vətən uğrunda şəhid oldu. Mənə həmişə deyirdi ki, sən mayor rütbəsində təqaüdə çıxdın, mən səndən yüksək olacağam. Mən 36 il hərbçi kimi xidmət etdim, amma oğlum 3 ay ərzində məndən yüksəyə ucaldı, şəhid oldu, şəhidlik zirvəsinə qalxdı, mən bunu bacarmadım”.
Tehsil-press.az