Bakı Xoreoqrafiya Akademiyasında “Qarabağ Azərbaycandır!” videoçarxı təqdim olunub

Bakı Xoreoqrafiya Akademiyasında “Qarabağ Azərbaycandır!” videoçarxı təqdim olunub Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynovanın təşəbbüsü ilə dizayn ixtisası üzrə təhsil alan tələbələr Qələbə gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” videoçarxını təqdim ediblər.
Videoçarxda Azərbaycan Ordusunu Qələbəyə aparan yol və şəhidlərimizin xatirəsini əks etdirən görüntülər yer alıb. Bu yaradıcılıq işinin ərsəyə gəlməsində İncəsənət fakültəsinin müəllimi Anar Səfərlinin rəhbərlik etdiyi kursun tələbələri, o cümlədən Nuray Tağıyeva, Nərminə Bağırova, Mirvari Məmmədova, Lalə Şahbazova, Səbinə Ağaverdiyeva, Şövkət Ələkbərova və Ləman Xəlilova yaxından iştirak ediblər.
Qeyd edək ki, fakültədə digər ixtisaslar üzrə təhsil alan tələbələr də yaxın zamanda öz yaradıcılıq işlərini təqdim edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər